SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Azərbaycanın iki və Bakının bir rayonunun təbii qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək Bakının Xəzər rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək isə Yevlax rayonunun bir hissəsinə təbii qazın verilməsi dayandırılıb.