Məktəblilərin qış tətili günlərində Bakıda Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Spanç Bob və dostlarının Yeni il macəraları” adlı tamaşann premyerası olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Tamaşa 2013-cü il dekabrın 25-dən 2014-cü il yanvarın 6-na qədər təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovski, musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Vladimir Neverov, ssenari müəllifi Teymur Rəhimov, xoreoqraf Raul Turkkandır.
Tamaşa zamanı uşaqları Şaxta baba və Qar qızla görüş gözləyir.