Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXVI iclasında iştirak edəcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclas noyabrın 22-23-də Moskva şəhərində keçiriləcək.
Tədbirin gündəliyinə 10 məsələ daxil edilib. Şuranın XXV iclasında qəbul edilmiş qərarların icra vəziyyətinin müzakirə olunacağı tədbirdə MDB-yə üzv ölkələrdə əmək və sosial müdafiə sahəsində vəziyyət və həyata keçirilən tədbirlər, kadr hazırlığının təkmilləşdirilməsi, sosial-demoqrafik siyasət sahəsində razılaşdırılmış konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planının layihəsi, gələcək əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadilələri aparılacaq.