İranın ali dini lideri Ayətulla Əli Xamneyi çərşənbə günü bəyan edib ki, Tehran bütün ölkələrlə, o cümlədən ABŞ-la dostluq əlaqələri qurmaq istəyir.
“Biz bütün dövlətlərlə, hətta ABŞ ilə də dostluq münasibətləri qurmağa çalışırıq. Biz amerikalılara qarşı düşmən münasibətdə deyilik. Onlar da dünyanın başqa xalqları kimidirlər”,- deyə Əli Xamneyi “Bəsic” qüvvələrinin döyüşçüləri qarşısında çıxışında bildirib.
Qərb mətbuatının məlumatına əsasən, döyüşçülər onun bü sözlərinə cavab olaraq “Amerikaya ölüm!” şüarını səsləndiriblər.