Prezident İlham Əliyev Böyük Britaniya parlamentinin üzvü, baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendrini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin perspektivləri, birgə layihələrin işlənilməsi, regional əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İ.Əliyev Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Böyük Britaniya ilə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində sıx əlaqələr yaradıldığını və əməkdaşlığımızın uğurla davam etdirildiyini məmnunluqla bildirib.