Noyabrın 18-də Riqada, Qarabaşlılar Evində Latviyanın 95 illiyi şərəfinə ölkənin ali dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Latviya prezidenti Andris Berzinş görkəmli ictimai-siyasi xadimlərə ordenlər təqdim edib.
Latviya Prezidenti yanında Milli Azlıqların Məsələləri üzrə Şuranın sədri, Riqa Klassik Gimnaziyasının direktoru, “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin başçısı Roman Əliyev bu ölkə qarşısında xidmətlərinə görə IV dərəcəli Latviya ordeninə layiq görülüb.