Xəzərin hüquqi statusu yalnız sahilyanı dövlətlər tərəfindən müəyyən edilməlidir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Regiondan uzaqda yerləşən ayrı-ayrı dövlətlərin Xəzəryanı dövlətlərə öz maraqlarını zorla qəbul etdirmək kimi qeyri-konstruktiv cəhdləri işə kömək etmir, regiondan kənar dövlətlərin hərbi iştirakı xüsusilə yolverilməzdir”, - deyə S.Lavrov cümə axşamı Moskvada bildirib.
Moskvada Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun ikigünlük iclası açılıb.
S.Lavrovun sözlərinə görə, “görülən işlər gələn ilin ortalarında Həştərxanda keçiriləcək Xəzər sammitinə hazırlığa başlamağa imkan verir”.
“Sammitin yekun sənədlərinin artıq indidən hazırlanmasını təklif edirik. Bu sənədlərdə bir sıra əsas məsələlərlə bağlı yaranmış anlayışların əks etdirilməsi lazımdır”,- deyə o bildirib.
S.Lavrov deyib ki, yalnız Xəzəryanı dövlətlərin Xəzərin hüquqi statusu barədə qərar qəbul etmək hüququ var.
Nazir vurğulayıb ki, “yeni konstruksiyalar icad etməyə, mövcud qaydaları pozmağa ehtiyac yoxdur”.
O qeyd edib ki, yazda Moskvada Xəzər problemlərinə dair nazirlərin konfransı keçirilə bilər.
“Xəzər gündəliyi getdikcə daha dolğun xarakter alır. Ölkələrimizin milyonlarla vətəndaşının rifahı Xəzərdə vəziyyətin necə inkişaf edəcəyindən asılıdr”, - deyə o əlavə edib.
“Moskvada son dəfə toplaşdığımız vaxtdan iki ildən artıq bir zaman keçib. Bizim qiymətləndirmələrimizə görə, hüquqi stausa dair konvensiya üzərində gedən işdə irəliləyiş pis deyil”,- deyə S.Lavrov bildirib.
O qeyd edib ki, 2011-2012-ci illərdə əhəmiyyətli beynəlxalq səndlər imzalanıb, Tehran Konvensiyasının yeni protokollarının işlənib hazırlanması, Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin ratifikasiya prosesi başa çatmaq üzrədir.
“Hesab edirik ki, əməkdaşlığın istiqamətlərini konkretləşdirəcək protokolların hazırlanması ilə məşğul olmağın vaxtı çatıb”, - deyə o vurğulayıb.