Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri İlqar Muxtarov etimadnaməsini Honduras Respublikasının prezidenti Porfirio Lobo Sosaya təqdim edib. Bu barədə Azərbaycanın Mexikodakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə İ.Muxtarov ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurlu inkişafına əmin olduğunu bildirib.
Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına maraq ifadə edən P.L.Sosa Bakı və Tequsiqalpa arasında əməkdaşlığın uğurlu inkişafına əminlik ifadə edib.
Görüşdə ikitərəfli siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi-ticari əlaqələrin gələcək inkişafı və xüsusilə enerji sektorunda əməkdaşlığın potensialına inam ifadə edilib.