Avropa Birliyinin Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton noyabrın 19-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Saqsyan arasında baş tutmuş görüşdən məmnunluq bildirib. Bu barədə Avropa Birliyi diplomatiyasının başçısının mətbuat xidməti məlumat verir.
K.Eşton Dağlıq Qarabağ münaqişəsinin həli üzrə yüksək səviyyəli danışıqların bərpasında Minsk Qrupunun həmsədrlərinin səylərini yüksək qiymətləndirir”, - deyə cümə axşamı Brüsseldə yayılmış rəsmi məlumatda bildirilir.
Qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları davam etdirmək və yaxın aylarda görüşmək barədə razılığa gəlməsi nikbinlik yaradır.
“Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli istiqamətində yeni səylərə və ATƏT-in Minsk Qrupunun dəstəyi ilə etimad tədbirlərinin həyata keçirilməsinə töhfə verməyə hazırdır”, - deyə K.Eşton vurğulayıb.