Xəzər dənizində mnemiopsislərlə bağlı yaranmış vəziyyət stabilləşir. Bu barədə cümə axşamı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.
“Xəzər dənizində onların düşməni yoxdur. Bu problem Qara dənizdə də kəskin şəkildə var idi, lakin təbiət özü tədricən bunun öhdəsindən gəldi”, - deyə nazir meduzanı xatırladan bu canlılar tərəfindən planktonların yeyilməsi və nəticədə Xəzərdə balıqların sayının azalmasına dair sualı şərh edərkən bildirib.
Onun sözlərinə görə, beş Xəzəryanı dövlətin Xəzər dənizinin bioloji resursları üzrə Komissiyası bu məsələlər üzərində işləyir və lazımi araşdırmalar aparır.
Komissiya bu canlılarla mübarizə aparacaq hər hansı bir başqa canlının olub-olmamasını öyrənməyə çalışır”, - deyə o əlavə edib.
H.Bağırov qeyd edib ki, bu canlı Xəzərə buraxıldığı halda onun başqa hansı canlıları məhv edəcəyi artıq çox böyük sualdır və bizi son dərəcə narahat edir.