Bakıda Beynəlxalq Ətraf Mühit Sərgisi (“CTE-2013”) açılıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin müxbiri tədbirdən məlumat verir.
"Sərginin işində 12 ölkədən 60 şirkət iştirak edir, ekoloji vəziyyətin yaxşılaşması üçün ən yeni texnologiyalardan istifadə bu gün iqtisadiyyatın mühüm istiqamətlərindən biridir", - deyə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə bildirib.
Sərgidə ekologiya, utilizasiya və təmizləmə sahəsində məhsul və xidmət təklif edən şirkətlər, o cümlədən alimlər və dövlət orqanlarının nümayəndələri iştirak edirlər.
Sərgi noyabrın 22-dək davam edəcək.