Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Nizami küçəsində “Ford Tranzit” markalı avtomobil Gəncə şəhər sakinini vurub. Qadın elə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.