Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsi fırıldaqçılıqla məşğul olan bir qrup şəxsə qarşı cinayət işi qaldırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
İstintaq-əməliyyat tədbirləri zamanı məlum olub ki, paytaxt sakini Nəsib Gülməmmədov və Cəbrayıl rayon sakini Mirbaba Səfərov "Bank of Baku" ASC-nin ipoteka girovu altında olan üç “KIA Optima", bir "KIA Sorento", bir "Jeep Grand Cherokee" və bir "Hyundai” markalı minik maşınını satıblar. Adları çəkilən şəxslər “Bank of Baku” ASC-nin adından Baş Dövlət Yol Polisi İdarəsinə saxta məktublar göndəriblər. Məktublarda avtomobillərə görə borcun ödənildiyi bildirilib, bundan sonra həmin nəqliyyat vasitələri başqa vətəndaşlara satılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.