Noyabrın 21-də ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyində Hollandiyanın Azərbaycandakı səfirliyinin xətti ilə Rotterdam şəhərinin meri Ahmed Abutalebin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Qonaqları səmimi salamlayan «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev onlara «Azərikimya» İB-də həyata keçirilən yenidənqurma, quruculuq və abadlıq işləri, həmçinin yeni layihələr haqqında geniş məlumat vermişdir.
Görüşdə qonaqlar neft-qaz və neft-kimya sahəsində qabaqcıl texnologiyalara və təcrübəyə malik holland şirkətlərinin Sumqayıtın sənaye zonasında aparılan yenidənqurma işlərində iştirak etməkdə maraqlı olduqlarını vurğulamışlar.