Gəncə 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Avropa Gənclər Paytaxtı Avropa Gənclər Forumunun 2009-cu ildən həyata keçirdiyi beynəlxalq layihədir.
Avropanın ilk seçilən gənclər paytaxtı Rotterdam (Niderland – 2009) olub.
Gəncə ilə yanaşı, bu ad uğrunda Vilnüs (Litva), Varna (Bolqarıstan), Qalvey (İrlandiya), La Laquna (İspaniya) və Badajoz (İspaniya) şəhərləri də mübarizə aparıb.
Gəncə 2013-cü ildə Avropa Gənclər Paytaxtı olan Saloniki şəhərində (Yunanıstan) rəsmi olaraq qalib elan olunub.