Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri olduğunu vurğulayan E.İhsanoğlu təşkilatın layihələrinə Azərbaycanın verdiyi dəstəyin önəmini qeyd edib.
Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.