Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində “Fərəh-M” MMC-nin əməkdaşına qarşı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verir.
Məlumata görə, “Fərəh” MMC-nin satış nümayəndəsi Ruslan Həsənov həmin vəzifədə işlədiyi müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə maddi məsuliyyətinə verilmiş malların satışından əldə edilən 25,5 min manat məbləğində vəsaiti mənimsəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.