İtaliyanın Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Covanni Malaqo Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla söhbət zamanı Azərbaycana “Roma” və ya “Latsio” kimi tanınmış futbol klublarına sponsorluq etməyi təklif edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, C.Malaqo İtaliyanın iki klubunun futbolkalarında sponsor reklamının olmamasını əsas gətirərək A.Rəhimova belə bir xahişlə müraciət edib.
A.Rəhimovla C.Malaqo arasında söhbət noyabrın 22-23-də Romada Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyası çərçivəsində baş tutub.