İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Bakıda İƏT Tədqiqat Mərkəzinin yaradılmasına dair qərar qəbul edib. Bu barədə rəsmi mətbuat məlumat verir.
Əsasnaməyə görə, mərkəz təşkilata üzv dövlətlərin iqtisadi inkişafı ilə bağlı strateji araşdırmalar aparacaq, yeni iqtisadi layihələr və modellər təklif edəcək, məqsədyönlü proqramlar hazırlayacaq.