Bakının mərkəzində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Səbail rayonunda “Land Rover Discovery” markalı avtomobil Bakı sakini, 1958-ci il təvəllüdlü Əli Binnətovu vurub. Piyada hadisə yerində ölüb. Sürücü Əli İbrahimov ifadə vermək üçün RPİ-yə aparılıb.
Faktla bağlı araşdırma aparılır.