“Bakutel-2013” sərgisinin iştirakçıları pulsuz “elektron imza” (“e-imza”) əldə edə bilərlər. Bu barədə “Elektron hökumət” (e-hökumət) portalında dərc edilmiş məlumatda bildirilir.
“Bakutel-2013” sərgisi 2-5 dekabr tarixlərində Bakıda keçiriləcək.
Məlumatda qeyd edilir ki, “e-imza” əldə etmək üçün fiziki şəxslər şəxsiyyət vəsiqəsi təqdim etməli və “Elektron hökumət” portalının quraşdırdığı stenddə qeydiyyatdan keçməlidirlər.
“e-imza”nın pulsuz təqdim edilməsinin əsas məqsədi vətəndaşların e-xidmətlərə marağının artırılmasıdır.
Noyabrın 1-nə olan məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 16,415 min “e-imza” verib.