Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik və psixotrop tərkibli preparatlar gətirən və onların apteklərdə qanunsuz satışını təşkil edən şəxsləri zərərsizləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü idarədən məlumat verilib.
Elman Qarayev və Sahib Xudiyev öyrədilən şəxsə 180 ədəd “Tropin” preparatını 1500 manata satarkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, “Tropin” preparatı Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə İrandan gətirilib.
Saxlanılan şəxslərin kirayədə yaşadıqları mənzillərdə aparılan axtarış zamanı “Tropin” və “Naftizin” preparatları aşkar edilib.
E.Qarayev ifadəsində bildirib ki, S.Xudiyevlə birgə “Tropin” preparatını şprislə "Naftizin" flakonlarına qablaşdıraraq apteklərdə satıblar.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.