İraqın hüquq-mühafizə orqanlarının əməkdaşları Ət-Tərmiyyə yaşayış məntəqəsi yaxınlığında baş nahiyəsinə odlu silahdan atəş açılmaqla öldürülmüş 18 nəfərin meyitini tapıblar. Bu barədə cümə günü Britaniyanın BBC teleradio şirkəti məlumat yayıb.
Ölənlərdən ikisi yerli tayfaların liderləri, dörd nəfər polis və İraq ordusunun hərbçiləridir.
Onların naməlum şəxslər tərəfindən evlərindən oğurlandığı bildirilir.