Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Litvanın Sənayeçilər Konfederasiyası arasında əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə ASK-nın məlumatında bildirilir.
Sənəd Vilnüsdə keçirilən “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində ASK prezidenti Məmməd Musayev və Litvanın Sənayeçilər Konfederasiyasının prezidenti Robertas Darqis arasında imzalanıb.
Sənəd iki ölkənin iş adamları arasında əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasına yönəldilib.
ASK 1999-cu ilin mart ayında yaradılıb. Hazırda 5 mindən çox şirkət və 70 müxtəlif sahibkarlar birliyi ASK-nın üzvüdür.