Azərbaycan-İran sərhədində silahlı insident zamanı Dövlət Sərhəd Xidmətinin bir hərbçi qulluqçusu həlak olub, iki nəfər isə yaralanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin saytında məlumat verilir.
Atışma sərhəd pozucularının İran tərəfindən Azərbaycan istiqamətinə keçməsi cəhdinin qarşısının alınması nəticəsində baş verib.
Yaralı sərhədçilər hərbi hospitala yerləşdiriliblər.
Hərbi Prokurorluq tərəfindən araşdırma tədbirləri aparılır.