Bazar günü İtaliyanın Prato şəhərində (Toskana regionu) toxuculuq fabrikində baş vermiş yanğın nəticəsində ən azı yeddi nəfər həlak olub. Bu barədə İtaliya mətbuatı məlumat verib.
Çin iş adamlarına məxsus fabrikin işçiləri üçün müvəqqəti yataqxanada yanğın gecə baş verib. Həmin vaxt yataqxanada 11 nəfər olub.
Yerli hakmiyyət nümayəndəsinin jurnalistlərə verdiyi məlumata görə, onlar etiraf etməlidirlər ki, indiyədək ölkənin şimal və mərkəzi hissələrində “çoxlu sayda qanunsuz işçi qüvvəsinin toplanması müşahidə olunur”.
Bununla belə məlumatlarda həlak olanların vətəndaşlığı qeyd olunmur.