Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Tədqiqat Mərkəzi yaradılacaq.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir ki, müvafiq qərar 24-25 noyabr 2013-cü il tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Tehranda keçirilən növbəti iclasında qəbul edilib.
Mərkəz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iqtisadi inkişafı ilə bağlı strateji araşdırmalar aparacaq, yeni iqtisadi layihələr və modellər təklif edəcək, qarşılıqlı səmərəli proqramlar hazırlayacaq.
İƏT-in Tədqiqat Mərkəzinin yaradılması təşəbbüsü Azərbaycan prezidenti İlham Əliyev tərəfindən İƏT-in 2006-cı ildə Bakıda keçirilən IX Sammitində irəli sürülüb.