Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bazar ertəsi Koreya Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə nazirliyin saytında məlumat verilir.
Dekabrın 4-dək davam edəcək səfər çərçivəsində Z.Həsənovun bir sıra görüşləri planlaşdırılır.