BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Sven Alkalay Azərbaycan bazarını xarici sərmayədarlar üçün cəlbedici hesab edir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bazar ertəsi xarici işlər naziri Elmar Məmmədyarov ilə keçirilən görüşdə BMT-nin nümayəndəsi Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli biznes mühitin yaradılmasından məmnunluq ifadə edib.
S.Alkalay təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Tərəflər hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.