Dekabrın 3-dən etibarən Azərbaycanda benzinin qiyməti bahalaşıb. Bu barədə Tarif Şurasının məlumatında qeyd edilir.
Şuranın qərarına əsasən, Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0,8 manat (əvvəllər 0,6 manat), Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 0,7 manat (əvvəllər 0,55 manat), dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 0,6 manat (əvvəllər 0,45 manat) səviyyəsində müəyyən edilib.
Bundan başqa, TŞ-nin qərarı ilə çərşənbə axşamından etibarən bəzi neft məhsullarının topdansatış qiymətləri bahalaşıb. Kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satış tarifi hər 1000 kubmetr üçün 80 manat (əvvəllər 42 manat) səviyyəsində təsdiq edilib.