Çərşənbə axşamı Monqolustanın qərbində, Rusiya sərhədi yaxınlığında 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Geofizika Xidmətinin Altay-Sayan filialının operativ məlumatına əsasən, Moskva vaxtı ilə saat 6:36-da baş vermiş zəlzələnin episentrinin koordinatları belədir: 49.58 şimal enliyi və 97.37 şərq uzunluğu. Episentr Muren şəhərindən 200 km qərbdə, Tuva sərhədindən təxminən 17 km məsafədə yerləşib.
MSK-64 şkalası üzrə episentrdə zəlzələnin gücü 5,3 bal təşkil edib.