Suriya paytaxtında terrorçu-kamikadze özünü partladıb. Bu barədə Suriyanın SANA agentliyi çərşənbə axşamı məlumat verib.
Partlayış Cisr əl-Abyad rayonunda baş verib.
Bildirilir ki, partlayış insan tələfatına səbəb olub. Lakin ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.