Çərşənbə axşamı Seulda Azərbaycan və Cənubi Koreyanın müdafiə nazirləri Zakir Həsənov və Kim Kvan Cin arasında keçirilən görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın genişlənməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Bu barədə Koreya mətbuatı məlumat verib.
Tərəflər qarşılıqlı əlaqələrin və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Üç gün davam edəcək səfər çərçivəsində Z.Həsənovun Qərargah Rəislərinin Birləşmiş Komitəsinin və Müdafiə təyinatlı satınalmaları idarəetmə Proqramının rəhbərləri ilə də görüşləri nəzərdə tutulub.