SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2013-cü ilin yanvar-noyabr aylarında dünya bazarlarına 955,082 min ton neft məhsulu göndərib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 13,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
SOCAR 14,198 min ton avtomobil benzini, 824,292 min ton dizel yanacağı, 115,935 min ton aviasiya yanacağı, 0,657 min ton odluq mazut ixrac edib.
2013-cü ilin noyabr ayında SOCAR 87,468 min ton neft məhsulu, o cümlədən 80,012 min ton dizel yanacağı, 7,293 min ton aviasiya yanacağı və 0,163 min ton avtomobil benzini ixrac edib.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.