Rusiya Federasiyası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsindən məlumat verilib.
Kürdəmir rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları RF CM-in 105-ci maddəsi ilə (qəsdən adam öldürmə) axtarışda olan Qoşqar Mustafayevi saxlayıblar.
Araşdırma aparılır.