Azərbaycanın milli çövkən oyunu UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınıb.
Qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı qəbul olunub.
UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına, həmçinin Novruz bayramı, xalçaçılıq, tar ifaçılığı sənəti, muğam və aşıq sənəti də daxil edilib.
UNESCO-nun sessiyası dekabrın 8-nə qədər davam edəcək.