İtaliyalı iş adamlarından ibarət nümayəndə heyəti 2014-cü ilin mart ayında Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatında deyilir.
Nümayəndə heyətində toxuculuq və qida sənayesi, mebel istehsalı, tikinti və s. sahələrədə fəaliyyət göstərən şirkətlər təmsil olunacaq.
İtaliya şirkətlərinin səfərinin əsas məqsədi Azərbaycanın iş adamları ilə əməkdaşlığın qurulmasıdır.
ASK 1999-cu ilin mart ayında təsis edilib. Hazırda 5 mindən artıq şirkət və 70 müxtəlif sahibkarlarlar birliyi onun üzvüdür.