“Bank VTB” (Azərbaycan) ASC İT-avadanlığının alınması üzrə tender elan edib.
Bankın tender elanına əsasən, təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcək: ən səmərəli tender təklifi və texniki xidmətlərin keyfiyyəti.
Tender təklifləri dekabrın 6-dək qəbul olunacaq.
Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin mart ayında “Bank VTB” (Azərbaycan) ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “Bank VTB” ASC-yə, 48,99% “AtaHolding” şirkətlər qrupuna, 0,01% fiziki şəxsə aiddir.