2013-cü ilin 30 noyabr tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları yanvar-noyabr aylarında 17,5% - $13 mlrd. 742,5 mln.-a qədər artıb. Bu barədə AMB-nin saytında məlumat verilir.
Bununla yanaşı, 2013-cü ilin noyabr ayında AMB-nin valyuta ehtiyatları $158,4 mln. və ya 1,17% artıb.
Daha əvvəl AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayeva istinadən məlumat verilib ki, 2014-cü ilədək bankın valyuta ehtiyatları $14,5 mlrd.-a çata bilər.
Xəbər verildiyi kimi, 2013-cü il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları $11 mlrd. 694,8 mln. təşkil edib.
2012-ci ildə AMB-nin valyuta ehtiyatları 11,6% artıb.