Suriya prezidenti Bəşər Əsəd Cenevrədəki sülh danışıqlarının yekunlarına görə öz postundan getmək niyyətində deyil. Bu barədə çərşənbə günü Suriyanın informasiya naziri Omran əz-Zubi bəyan edib.
“Əgər kimsə hesab edirsə ki, biz “Cenevrə-2” danışıqlarına ölkədə hakimiyyəti müxalifətə vermək üçün gedirik, o zaman bu adamlar konfransda ümumiyyətlə iştirak etməsinlər”, - deyə Suriyanın SAHA agentliyi nazirə istinadən məlumat verir.
Omran əz-Zubi qeyd edib ki, “B.Əsəd özü müstəqil qərar verməlidir. Suriyada keçid dövrü ilə bağlı razılığa gəlmək mümkün olsa, bu prosesə məhz o rəhbərlik edəcək. O, ölkənin lideridir və belə olaraq da qalacaq”.