SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2013-cü ilin yanvar-noyabr aylarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilən 2 mln. 483,731 min ton Azərbaycan nefti ixrac edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 3,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
2013-cü ilin noyabr ayında Supsa limanından 161,498 min ton Azərbaycan nefti yola salınıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.