Azərbaycan Auditorlar Palatası (AAP) və Peşəkar Maliyyə Menecerləri Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə Assosiasiyanın məlumatında deyilir.
Sənədi AAP-ın sədri Vahid Novruzov və Assosiasiyanın prezidenti Nuriyyə Novruzova imzalayıb.
Memorandumun məqsədi Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvü olan Auditorlar Palatası və Assosiasiya arasında səmərəli əməkdaşlıq qurmaqdır.
Sənədə əsasən, tərəflər yüksək ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi sahəsində də əməkdaşlıq edəcəklər.