“Azəryolservis” ASC 2014-cü ildə Xocahəsən-Lökbatan avtomobil yolunda yenidənqurma işlərini başa çatdıracaq. Bu barədə ASC-nin rəsmi saytında məlumat verilir.
Başlanğıcını Bakı-Şamaxı yolunun Xocasən-Lökbatan yoluna birləşən hissəsindən götürməklə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-cü km-nə qədər uzanan yolun uzunluğu 17,9 km-dir.
Hazırda 7 km hissədə işlər davam etdirilir. Belə ki, Xocəsən istiqamətində 4 km məsafədə asfalt işləri başa çatdırılıb, 3 km-lik hissədə isə torpaq yatağının tikintisi yekunlaşıb”, - deyə məlumatda bildirilir.
4 hərəkət zolağından ibarət olacaq yolda 1 ədəd yolötürücüsü, 4 ədəd bir səviyyəli dairəvi birləşmə, 1 ədəd bir səviyyəli geri dönmə, 1 ədəd piyada keçidi, müxtəlif diametrli dairəvi və düzbucaqlı boruların tikintisi nəzərdə tutulur. Artıq yolun 10,9 km-lik hissəsində işlər başa çatdırılıb.