Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 140 (yetkinlik yaşına çatmayan şəxslərlə intim əlaqə) və 143-cü maddələri (adam oğurluğu) ilə axtarışda olan Şirxan Əmiraslanovu tutulub.
Faktla bağlı araşdırma aparılır.