Cümə axşamı Xəzər dənizinin Azərbaycan sektorunda Rixter cədvəli ilə 4,40 bal gücündə zəlzələ baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ Bakı vaxtı ilə saat 10:57:58-də (06:57:58 UTC) qeydə alınıb. Yeraltı təkanların episentri 61 metr dərinlikdə yerləşib.