7-11 dekabr tarixlərində Bakıda I Britaniya film festivalı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “British Council”dan məlumat verilib.
Festival Böyük Britaniya səfirliyi və “British Council”ın təşkilatçılığı ilə keçiriləcək.
Proqrama səkkiz film daxil olacaq.
Festivalın keçirilməsi “British Council”ın Azərbaycanda fəaliyyətinin 20 illik yubileyi ilə əlaqədar təşkil olunan tədbirlər silsiləsinə daxildir.
Filmlər ingilis dilində nümayiş olunacaq.