Cənubi Afrika Respublikasının (CAR) ilk qaradərili prezidenti, aparteid rejiminə qarşı fəal mübarizə aparmış Nelson Mandela vəfat edib. Bu barədə “Exo Moskvı” radiostansiyası xalqa xüsusi müraciətlə çıxış etmiş indiki CAR prezidenti Ceykob Zumaya istinadən məlumat verib.
“Mandela 95 yaşında həyatdan gedib. Son bir neçə ay ərzində o, ağciyər infeksiyasından əziyyət çəkirdi”,- deyə məlumatda bildirilir.