Bakının Xətai rayonunda “Yapı Kredi Bank Azerbaijan” QSC-nin “Həzi Aslanov” filialı fəaliyyətə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bu, bankın sayca 16-cı, Bakıda isə 14-cü filialıdır. Filial müştərilərə hesab açılması, depozit qəbulu, biznes, istehlak və pul kreditlərinin verilməsi, kommunal və mobil rabitə ödənişləri, təcili pul köçürmələri, plastik kartların sifarişi və verilməsi, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim edir.
“Yapi Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın adının dəyişdirilməsi 2006-cı il oktyabrın 2-də Türkiyənin iki bankının - “Kocbank” və “YapiKredi”nin birləşməsi ilə əlaqədar baş verib.