Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın ikinci telekommunikasiya peykinin tikintisi üçün 2014-cü ilin yanvar ayında tender elan etmək niyyətindədir. Bu barədə cümə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
“Biz ikinci peyk proqramı ilə əlaqədar müzakirə və araşdırmaları başa çatdırmışıq. Layihənin texniki-iqtisadi əsaslandırması da hazırlanıb. 2014-cü ilin yanvar ayında tender elan etməyi planlaşdırırıq”, - deyə nazir bildirib.
O, həmçinin əlavə edib ki, tender az sayda istehsalçı arasında keçiriləcək.