53 ölkənin liderləri, həmçinin BMT, Avropa Komissiyası və Afrika İttifaqının nümayəndələri Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın anım mərasimində iştiraklarını təsdiq ediblər. Bu barədə CAR-ın “News 24” internet saytı məlumat verib.
“Biz dəfn mərasimində iştirak üçün dəvətnamə göndərməmişik. Biz yalnız Mandelanın ailəsi ilə bir daha təsdiq etdik ki, dəfn mərasiminə dəvət olmayacaq”, - deyə CAR XİN başçısı Maite Nkoana Maşabane bildirib.
“Nyus 24”ün qeyd etdiyi kimi, ilk qonaqlar bir gün əvvəldən artıq CAR-a gəlməyə başlayıblar.
Matəm tədbirlərində ABŞ prezidenti Barak Obama və keçmiş prezidentlər Cimi Karter, kiçik Corc Buş və Bill Klinton, eləcə də Konqresin 26 üzvü iştirak edəcəklər.
Bundan başqa, Braziliya prezidenti Dilma Rousseff və bu ölkənin sabiq dörd lideri də mərasimə qatılacaq.
Anım mərasimi dekabrın 10-dan 13-dək “Soccer City” futbol stadionunda (Yohannesburq) keçiriləcək.
Tədbirin keçiriləcəyi ərazidə fərdi avtonəqliyyatın hərəkəti dayandırılacaq.
“Milli anım mərasimində iştirak etmək istəyənlər səfərlərini diqqətlə planlaşdırmalı, tezdən yola çıxmalı və ictimai nəqliyyatdan istifadə etməlidirlər”, - deyə CAR perzidenti Ceykob Zuma qeyd edib.
Xəbər verildiyi kimi, N.Mandelanın dəfn mərasimi dekabrın 15-də doğulduğu Kunu kəndində (Şərqi Kap əyaləti) keçiriləcək.
CAR-ın ilk qaradərili prezidenti, Sülh üzrə Nobel mükafatı laureatı, aparteid rejiminə qarşı mübarizə aparmış N.Mandela ötən cümə axşamı 96 yaşında vəfat edib.